• Bakı 21° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO

CƏMİYYƏT

23 May 2026 | 11:40

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO

Sumqayıtda qanunsuz tikili sökülüb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə müvafiq tədbirin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR

22 May 2026