• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sumqayıtdakı parkda ağaclar kəsilir? - AÇIQLAMA - VİDEO

CƏMİYYƏT

26 Fevral 2025 | 12:10

Sumqayıtdakı parkda ağaclar kəsilir? - AÇIQLAMA - VİDEO

Sumqayıtda yerləşən Nəsimi parkında ağacların kəsildiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı görüntüləri “Qafqazinfo”ya göndərən vətəndaş iddia edib ki, bu məqsədlə parkın ətrafı hasarlanıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq məlumatın əsassız olduğu bildirildi:

“Orada ağac kəsilmir. Hasar əvvəldən olub. Ərazidə abadlıq işləri aparılır. Hasar da təhlükəsizlik məqsədilə çəkilib”.

Həmin görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026