• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sumqayıtdakı silahlı hücumda xəsarət alanların vəziyyəti açıqlandı

HADİSƏ

28 Oktyabr 2023 | 11:09 | Müəllif: Subhan Mahmudov

Sumqayıtdakı silahlı hücumda xəsarət alanların vəziyyəti açıqlandı

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına  gətiriliblər. 

Bu barədə Bakıvaxtı.az-a Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bildirilib ki, onlardan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026