• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Goranboyda vətəndaşlarda odlu silah aşkarlandı

HADİSƏ

27 Noyabr 2023 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

Goranboyda vətəndaşlarda odlu silah aşkarlandı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

    Bundan başqa keçirilən müvafiq profilaktiki tədbirləri nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan, ov silahını polisə könüllü təhvil verib

    Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Noyabr 2026