• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Göygöldə tamet sexi yandı

HADİSƏ

26 Noyabr 2023 | 23:52

Göygöldə tamet sexi yandı

Göygöldə yanğın baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin iki yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024