• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda qardaş bacısını öldürdü - Ağlasığmaz səbəb - YENİLƏNİB

HADİSƏ

27 Noyabr 2023 | 09:58

Azərbaycanda qardaş bacısını öldürdü - Ağlasığmaz səbəb - YENİLƏNİB

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

***09:43

Gəncədə qətl hadisəsi baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. O, instaqramdan istifadə etdiyi üçün bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allagverdizadə hərbçidir.


SON XƏBƏRLƏR

26 Iyul 2024