“Süni-intellekt və robotik texnologiyalarla dəstək olunan reabilitasiya prosesində həm uşaqlar, həm böyüklər üçün optimal nəticələr əldə edilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin fəaliyyətə başlanmasına həsr olunmuş brifinqdə deyib.
V.Qurbanov bildirib ki, beynəlxalq təcrübəyə görə, 100-dən az transportasiya edilən hallarda effektivlik məhdud olur:
“Bizim əsas məqsədimiz isə hər bir xəstənin həyat keyfiyyətini maksimum sürətlə bərpa etməkdir”.
Onun sözlərinə görə, gələcəkdə minimum resursla maksimum fayda əldə etmək üçün planlar var:
“22 çarpayıdan ibarət mərkəzimiz xəstələrin ehtiyaclarını tam qarşılamaq üçün hazırlanıb. Bəzi hallarda müalicə prosesi 3-6 ay davam edə bilər, amma əsas məqsədimiz hər bir xəstəyə fərdi yanaşmaqdır”.
TƏBİB-in icraçı direktorub qeyd edib ki, diaqnoz və müalicə planı hematoloqlar və digər mütəxəssislərin birgə əməkdaşlığı ilə hazırlanır. Bu yanaşma xəstələrin sağlamlığını maksimum dəqiq və təhlükəsiz şəkildə bərpa etməyə imkan verir.
“Ölkəmizdə sümük iliyi köçürülməsinə ehtiacı olan uşaqlar olduqca çoxdur. Təbii ki, ilk olaraq o uşaqların müalicəsinə başlanacaq”.
Zeynəb Rzayeva
Bakı 



