• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şura bu yayım operatorlarının lisenziyasını LƏĞV ETDİ

CƏMİYYƏT

27 Oktyabr 2023 | 14:30

Şura bu yayım operatorlarının lisenziyasını LƏĞV ETDİ

Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Audiovizual Şuradan bildirilib.

Qeyd edilib ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.

İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilmişdir. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunmuşdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR