• Bakı 20° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Azərenerji"nin əməkdaşı Şuşada minaya düşdü - YENİLƏNİB

HADİSƏ

07 Dekabr 2023 | 14:08

Azərenerjinin əməkdaşı Şuşada minaya düşdü - YENİLƏNİB

Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən “Tar” fabrikində “Azərenerji” ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Ramin Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

***

12:01

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxs ayağından xəsarət alıb.

O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 May 2025