• Bakı 19° C

    11.48 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Şuşada yeni yaşayış kompleksi tikiləcək

CƏMİYYƏT

30 Sentyabr 2023 | 12:41

Şuşada yeni yaşayış kompleksi tikiləcək

Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O bildirib ki, 10 binadan ibarət yeni mərkəzi küçə gələn ilin may ayında istifadəyə veriləcək:

"İlin sonunda Şuşada ilk yaşayış kompleksinin inşası başa çatacaq və qısa müddət sonra 400-ə yaxın ailənin Şuşaya köçürülməsi təmin olunacaq.

Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir".

Aydın Kərimov Yuxarı Gövhərağa və Saatlı məscidinin bərpa olunduğunu da deyib:

"Güman edirəm ki, gələn il İslam dünyasının Mədəniyyət paytaxtı ili üçün Aşağı Gövhərağa məscidinin bərpası yekunlaşacaq".


SON XƏBƏRLƏR

10 May 2025