• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Şuşanın azad edilməsi düşmənin belini qırdı" - İlham Əliyev

SİYASƏT

10 May 2024 | 19:22 | Müəllif: Subhan Mahmudov

"Şuşanın azad edilməsi düşmənin belini qırdı" - İlham Əliyev

"2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

"Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq", - deyə dövlət başçısı bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026