• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Şuşaya qayıdırıq" - VİDEO

CƏMİYYƏT

01 Aprel 2024 | 12:09 | Müəllif: Subhan Mahmudov

“Şuşaya qayıdırıq" - VİDEO

"Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq. Təbrik edirəm, tək şuşalılar yox, 30 ildir ki, bütün Azərbaycan Qarabağlıdır", - bu fikirləri Azərbaycan kino aktyoru, Xalq artisti Şamil Süleymanlı deyib.

Ən böyük arzusunun Şuşada film çəkilməsinin olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini xüsusi olaraq bildirib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Şamil Süleymanlının iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026