• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şüşə qabda satılan su qaraciyər xəstəliyinə səbəb oldu

DÜNYA

09 Fevral 2024 | 17:14

Şüşə qabda satılan su qaraciyər xəstəliyinə səbəb oldu

Qaraciyər xəstəliklərinə səbəb olan şüşə su şirkəti cərimələnib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,ABŞ-ın Nevada ştatının məhkəməsi, Las-Veqas mərkəzli şirkəti satdığı şüşə qablara görə qaraciyər xəstəliyindən əziyyət çəkdiyini iddia edən 5 nəfərin şikayətinə əsasən 130 milyon dollar təzminat ödəməyə məhkum edib.

Məlumata görə,suyun analizində raket yanacağında istifadə edilən kimyəvi hidrazinin aşkar edildiyini açıqlayan məhkəmə, bütün iddiaçılara 30 milyon dolları maddi, 100 milyon dolları isə mənəvi olmaqla ümumilikdə 130 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Qeyd edək ki, ştat məhkəməsi 2023-cü ilin oktyabrında "qaraciyər çatışmazlığı" diaqnozu ilə dünyasını dəyişən 69 yaşlı qadının və 7 aylıq uşağın yaxınlarına 228 milyon dollardan çox təzminat ödənilməsinə qərar verib.

İddialara məruz qalan şüşə sular təxminən 8 ildir ölkənin bəzi əyalətlərində satılıb.

Şirkətə qarşı açılan bir çox iddiaların davam etdiyi bildirilir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026