• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dərman vasitələrinin qiymətinin qalxmasını şərtləndirən ƏSAS AMİLLƏR

CƏMİYYƏT

28 Dekabr 2022 | 18:48 | Müəllif: Subhan Mahmudov

Dərman vasitələrinin qiymətinin qalxmasını şərtləndirən ƏSAS AMİLLƏR

Qlobal böhran dünya bazarında dərman vasitələrinin qiymətlərinin bahalaşmasına səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumata görə, dərman məhsullarının 95 %-dən çoxunu xarici ölkələrdən idxal edən Azərbaycana da bu tendensiya təsirsiz ötüşməyib.

Bu gün Tarif Şurası növbəti iclasını keçirib və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib. 

Qərara əsasən qiymət artımı ölkəyə ilk dəfə idxal olunan dərman vasitələrinə şamil olunmayacaq. 

Azərbaycan dərman məhsullarını əsasən Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Rusiya və Ukraynadan idxal edir. Qeyd edək ki, dərman istehsalçısı olan bu ölkələrdən ikisi arasında müharibə (Rusiya-Ukrayna müharibəsi) 1 ilə yaxındır davam edir. Rusiya-Ukrayna müharibəsi buğda və digər ərzaq məhsulları kimi dərman məhsullarınının qiymətinin qalxmasını və beynəlxalq daşımalar sahəsində problemlərin yaranmasını şərtləndirəcək əsas amildir. 

Azərbaycan dövləti ölkənin əsas dərman vasitələri ilə təminatına xüsusi önəm verir, son illərdə qeyd olunan istiqamətdə ardıcıl, səmərəli işlər görülür və bu, gələcək adına ümidvericidir.

Belə ki, 2019-cu ildə Pirallahı Sənaye Parkında, Rusiyanın “R-Pharm” şirkətlər qrupunun "AzPharm" şirkəti ilə ortaq  dərman istehsalı kompleksi istifadəyə verilib. 

Gələn il əvvəlində Pirallahı rayonunda ikinci dərman zavodunun açılışı olacaq. 

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodu inşaa edilib.

Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 mln. ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR