• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İran Zəngəzur dəhlizinin açılmasına heç cür mane ola bilməyəcək - RƏY

SİYASƏT

10 Iyun 2024 | 18:30

İran Zəngəzur dəhlizinin açılmasına heç cür mane ola bilməyəcək - RƏY

İran rəsmiləri yenidən Zəngəzur dəhlizi ilə bağlı açıqlama veriblər. Xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri deyib ki, İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarı olsa da, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir. Kani bildirib ki, Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Bakivaxti.az"a deyib ki, İran “Zəngəzur dəhlizi” məsələsinə həmişə qərəzli və təhrifedici mövqedən yanaşıb. 

Ekspertin sözlərinə görə, bunu bilərəkdən edir: 

"Məqsəd Ermənistan-Azəbaycan münasibətlərinin normallaşmasına və sülh prossinə əngəl törətməkdir. Tehran üzdə özünü dost, qonşu kimi təqdim etməyə çalışsa da, Azərbaycana qarşı düşmən mövqeyini zaman-zaman biruzə verib. Dəfələrlə İran tərəfinə izah edilib ki, Zəngəzur dəhliz nin açılması sərhədlərin toxunulmazlığı, yaxud dəyişdirilməsi demək deyil və bu demoqrafiq dəyişilkiyə də gətirib çıxarmayacaq. Əksinə, bu dəhliz bölgənin beynəlxalq əhəmiyyətini artırır və regionda yaşayan xalqların rifahına müsbət təsir göstərəcək. İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəblərindən biri də beynəlxalq nəqəliyyat dəhlizlərinə nəzarət etmə imkanı qazanmaqdır. Bilindiyi kimi Zəngəzur dəhlizi Avropanı Çinlə birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq və belə olan halda Tehran burda paya sahib olmağa can atır. Tehranın çalıçdığı odur ki, Cənib-Qərb nəqliyyat dəhlizi kimi Şərq-Qərb nəqliyyat dəhlizi də onun İranın üzərindən keçməyə nail olsun. Bu İranın beynəlxalq sanksiyalardan xilas etməklə yanaşı onun təsir imkanlarını artıra bilər". 

Həmsöhbətimiz vurğulayıb ki, digər bir amili də nəzərdən qaçırmamalıyıq ki, Zəngəzur dəhlizi uğrunda Qərblə Rusiya arasında da mübarizə var: 

"2020-ci Ermənistn-Azərbaycan-Rusiya arasında imzalanmış 10 noyabr bəyanatının şərtlərinə görə dəhlizin təhlükəsziliyi  Rusiya Federal Təhlükızilik Xidmətinə həvalə edilib. Bu o deməkdir ki, bu dəhliz Moskvanın nəzarətində olacaq. Ancaq ABŞ bunu qəti əleyhinədir və İrəvana təzyiqlər göstərməklə Rusiyanı kənarlaşdırmaq istəyir. İran da sərhəddində ABŞ-in təsirinə qarşı dirəniş göstərir. Əgər Ruiya ABŞla ortaq məxrəcə gələ bilsə və Azərbaycanın da maraqları nəzərə alınsa Zəngəzur dəhlizinin istifadəyə verilməsinə İran heç cür mane ola bilməyəcək.  İran da yaxşı anlayır ki, regionda sərhədlərin dəyişdirilməi məsələsi gündəlikdə yoxdur və əgər Bakı-Vaşinqton-Moskva dil tapa bilsələr Zəngəzur dəhlizi ilə bağlı problem qalmayacaq və reallığı qəbul etmək məcburiyyındə qalacaq.Hələlik İran diplomatik yolla Azərbaycana təzyiq göstərmək siyasətini yürütmədədir və bunu da faydasız, yanlış siyasət hesab edirəm".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024