• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tanınmış jurnalist əməliyyat olundu - YENİLƏNİB

CƏMİYYƏT

06 Sentyabr 2024 | 17:46 | Müəllif: Əli Hüseynov

Tanınmış jurnalist əməliyyat olundu - YENİLƏNİB

Bu gün əməliyyat olunan tanınmış jurnalist Azər Rəşidoğlu palataya köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, jurnalist özünü yaxşı hiss edir.

Qeyd edək ki,  Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.

Cərrahiyyə əməliyyatı çox uğurlu keçib.

Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər.

***

15:50

Tanınmış jurnalist Azər Rəşidoğlu əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, səhhətində yaranmış problemlə əlaqədar Milli Onkologiya Mərkəzinə müraciət edən jurnalist  bu gün əməliyyat edilib.

3 saatdan artıq çəkən əməliyyat uğurla başa çatıb.

Azər Rəşidoğlu reanimasiya şöbəsinə yerləşdirilib. Onun sabah palataya köçürülmək ehtimalı var.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026