• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış jurnalist polisə müraciət etdi

ŞOU

14 Oktyabr 2024 | 14:56 | Müəllif: Əli Hüseynov

Tanınmış jurnalist polisə müraciət etdi

Aparıcı Lalə Azərtaş 6 yaşlı qızına spirtli içki içdirən ata ilə bağlı polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, hüquq-mühafizə orqanlarından bununla bağlı tədbir görülməsini xahiş edib:

"Dəhşət içindəyəm. Anasının iddiasına görə, 6 yaşlı körpə atası tərəfindən içizdirilir. İçki içdikdən sonra uşağa tütün məmulatları çəkdirilir. Bir valideyn kimi bu videonu görəndən sonra həmin insanı paramparça etmək istəyirsən. İnanıram ki, aidiyyəti qurumlar bu görüntülərdən sonra dərhal hərəkətə keçəcəklər. Adam özü video çəkərək yaxınlarına göndərir ki, yaxın günlərdə qızımla mən qara torpaq altına gedəcəyik. Xahiş edirəm, bu uşağın həyatını birlikdə xilas edək". /axşam.az


Tanınmış jurnalist polisə müraciət etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026