Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanışını öldürməkdə təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə Zeynal Zeynalovun 19 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.(trend)
















