• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tarixi abidələrdə yol verilmiş nöqsanlar aradan qaldırıldı

CƏMİYYƏT

24 Noyabr 2023 | 16:35

Tarixi abidələrdə yol verilmiş nöqsanlar aradan qaldırıldı

Tarixi abidələrdə yol verilmiş nöqsanlar aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub.

Nöqsanlardan bir qismi aparılan söhbətlər nəticəsində qısa zamanda həllini tapıb. Digər bir qismi Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində fasadlardan sökülərək nöqsanlar aradan qaldırılıb.

Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik.

Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.


Tarixi abidələrdə yol verilmiş nöqsanlar aradan qaldırıldıTarixi abidələrdə yol verilmiş nöqsanlar aradan qaldırıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026