Türkiyəli meqastar Tarkan sosial şəbəkədə paylaşımı ilə adından söz etdirib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, müğənni Akbelen meşələrində ağacların kəsilməsinin qarşısının alınmasında kəndlilərə və ekoloqlara dəstək çağırışı edib.
"İqlim böhranı hər keçən gün daha da şiddətlənərkən, bizə xəbərdarlıqlar verərkən, dünya hər gün yaşanmaz bir yerə çevrilərkən, meşələr qazanc üçün kəsilməyə davam edir. Əhəmiyyətli deyil. Nə üçün?
Pul üçün. İndi yeyin. Təbiəti rahat buraxın. Təbiəti qorumağa çalışan bu gözəl insanları incitməyin və ya qurban verməyin".
Qeyd edək ki, son günlər Akbelen meşələrində ağacların qanunsuz kəsilməsi halları artıb və bu da insanların narazılığına səbəb olub.
Xəyalə Rza
















