• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Teatrın baş rejissoru işdən çıxarılıb - YENİLƏNİB

MƏDƏNİYYƏT

21 Yanvar 2022 | 15:23

Teatrın baş rejissoru işdən çıxarılıb - YENİLƏNİB

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov tutduğu vəzifədən azad edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Bəhram Osmanov öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Yanvar ayının 7-də əmr imzalanıb", - deyə nazirlikdən bildirilib.

***

13:58

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov tutduğu vəzifədən azad edilməsi üçün ərizə ilə müraciət edib.

Bunu Bakıvaxtı.az-a baş rejisssorun özü məlumat verib.

2012-ci ildən bu vəzifədə çalışan əməkdar incəsənət xadimi B.Osmanov qeyd edib ki, yaradıcılıq işləri çox olduğu üçün öz vəzifəsini icra etməyə vaxtı yoxdur: “Vəzifə yaradıcılıq işlərinə mane olur. Ölkədən kənarda bir neçə layihəm var. Maksim Qorkinin "Uşaqlıq" romanı əsasında Belarusiyanın Akademik Gənc Tamaşaçılar Teatrı və Samara Teatrında işim var. Amma Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işimi davam etdirəcəm”.

O qeyd edib ki, ərizəsinin təsdiq olunub-olunmaması barədə məlumatı yoxdur: “Mən də xəbər gözləyirəm”.  

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026