• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Təbii fəlakət 37 nəfərin həyatına son qoydu

DÜNYA

11 Fevral 2024 | 13:26 | Müəllif: Subhan Mahmudov

Təbii fəlakət 37 nəfərin həyatına son qoydu

Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" yerli məmur Edvard Makapiliyə istinadən xəbər verir.

Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026