İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər neft-kimya zavodunun su hovuzunda 11 nəfər zəhərlənib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16 radələrində baş verib.
Zəhərlənənlərin hamısı qadındır. Onlar xəstəxanaya çatdırılıb və səhhətləri qənaətbəxşdir.
















