• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Belarus Ukraynaya nota verdi

DÜNYA

04 Fevral 2022 | 00:11 | Müəllif: Subhan Mahmudov

Belarus Ukraynaya nota verdi

Fevralın 3-də Ukraynanın Belarusdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, səfirə Ukrayna pilotsuz uçuş aparatının Belarus sərhədini keçməsi ilə bağlı etiraz notası təqdim edilib.

Belarus bildirib ki, Ukrayna bu qeyri-dost addımları ilə bölgədə vəziyyətin gərginləşməsinə qəsdən təhrik edir, bu da ikitərəfli dialoqa töhfə vermir.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə özünün tviter səhifəsində yazıb ki, ölkəsi PUA-lardan istifadə etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026