• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Teknofest” Şuşada keçirilə bilər

SİYASƏT

07 Fevral 2022 | 11:51

“Teknofest” Şuşada keçirilə bilər

Gələcəkdə “Teknofest Azərbaycan” festivalı Şuşada və işğaldan azad olunan digər ərazilərdə keçirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

O qeyd edib ki, bu il festival iki müstəvidə keçiriləcək: “Tədbir fiziki olaraq Bakı şəhərində keçiriləcək, virtaul olaraq dünyanın müxtəlif yerlərindən bu yarışmaya qatılmaq olacaq. Gələcək illərdə Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər”.

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar da qeyd edib ki, gələcək illərdə festival çərçivəsində bəzi yarışlar Azərbaycanın müxtəlif bölgələrində keçirilə bilər: “Nazirliyin uyğun bildiyi yerlərdə gələcək illərdə yarışlar baş tuta bilər”.

Qeyd edək ki, bu ilin 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026