Laçın Rayon İcra Hakimiyyəti “Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qara-ağac və Canavarlı obalarında obalararası və obadaxili yolların cari təmir işləri"nin satın alınması ilə bağlı tenderin nəticəsi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “AVTOYOLTIKINTISERVIS" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 109 min 648 manat dəyərində müqavilə imzalanacaq.
Sözügedən şirkət bundan öncə də dövlət satınalmalarının qalibi olub.
Belə ki, “AVTOYOLTIKINTISERVIS" 15.12.2022-ci il tarixində Qax Rayon İcra Hakimiyyətinin Qax şəhəri ərazisində yerləşən kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyün əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tenderdə 112 min 972 manat dəyərində, Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.12.2022-ci il tarixində keçirdiyi Xızı şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderdə 397 min 980 manat, Şəki Şəhər İcra Hakimiyyətinin 24.11.2022-ci il tarixində keçirdiyi Şəki şəhərində çoxmənzilli ictimai yaşayış binalarının fasadının təmiri və həyətyanı sahədə görüləcək abadlıq işləri ilə bağlı tenderdə 100 min 184 manat, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad şəhər nümayəndəliyi 26.10.2022-ci il tarixində keçirdiyi Sabirabad şəhəri küçələrinin avtomobil yollarının əsaslı təmiri işləri bağlı tenderdə 277 min 336 manat qazanıb. Bu şirkət ümumiilikdə 17 dövlət tenderində qalib elan olunub.
2020-ci ildə dövlət qeydiyyatına alınan “AVTOYOLTIKINTISERVIS” şirkətinin 100 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
İbRa
















