• Bakı 18° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Tərtərdəki qəzada yaralananların SON DURUMU

HADİSƏ

06 Oktyabr 2025 | 10:35

Tərtərdəki qəzada yaralananların SON DURUMU

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 05.10.2025-ci il tarixində saat 16:40 radələrində 2 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraqTƏBİB-dən bildirilib.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müvafiq şöbədə müalicəsi davam etdirilən 1 nəfərin isə vəziyyəti stabildir.

Qeyd edək ki,  qəza Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2025