• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Təzyiqi olanlar kivi yesin - Həkim

CƏMİYYƏT

28 Noyabr 2022 | 06:14 | Müəllif: Qalib İbrahimoğlu

Təzyiqi olanlar kivi yesin - Həkim

C vitamini ilə zəngin olan kivi immunitetdə interfgeronları aktivləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, həkim Yelena Solomatina kivinin təzyiq xəstələrinə faydasını açıqlayıb.

“Qışda müntəzəm olaraq, kivi yemək orqanizmi mövsümi viruslardan qoruyur. Orqanizmdə C vitamini əskik olanda, viruslara qarşı interferonların hasili az olur.

Vitamin C ən güclü antioksidantdır. Antioksidantlar orqanizmdə iltihabın və qocalmanın qarşısını alır.

Eyni zamanda kivi bağırsağı işlədir, qəbizliyə qarşıdır. O qandan artıq xolesterini təmizləyir.

Bu səbəbdən təzyiq xəstələri gündə 1-2 ədəd kivi yeməlidir. Çünki onda çox miqdar kaliy var, o isə yüngül sidikqovucu təsir edir. Bu zaman təzyiq düşür

Kaliy ürək əzələsini bərkidir, artıq duzu çıxarır. Damarları rahatladır, sakitləşdirir”./Bakupost.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026