• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir

CƏMİYYƏT

27 Dekabr 2022 | 19:10 | Müəllif: Subhan Mahmudov

Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir.

Bu barədə məlumatı Bakıvaxtı.az-a Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar verib.  Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq. Adıçəkilən kitabın Azərbaycanın Bakı şəhərində, Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat törənləri təşkil olunacaq.  Bundan əlavə layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər, Bakı şəhərində müxtəlif tədbirlər və görüşlər təşkil olunacaq.  Həmçinin, Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələrinin Şuşa şəhərinə səfəri baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026