• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

CƏMİYYƏT

26 Yanvar 2023 | 16:37 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 827 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 504 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 242 nəfərdir.

Ölkədə son sutka ərzində 2 183, hazırkı dövrədək isə 7 479 912 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026