• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Laçın yolundan sülhməramlılara aid 2 minik avtomobili keçdi 

CƏMİYYƏT

27 Dekabr 2022 | 18:43 | Müəllif: Subhan Mahmudov

Laçın yolundan sülhməramlılara aid 2 minik avtomobili keçdi

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on altıncı gündür ki, davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Laçın-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 2 minik avtomobili keçib.

Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığını bildirirdilər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026