• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tiflisdə iş adamının qətli: Azərbaycanlı 9 il sonra tutuldu

DÜNYA

22 Iyul 2024 | 21:31 | Müəllif: Subhan Mahmudov

Tiflisdə iş adamının qətli: Azərbaycanlı 9 il sonra tutuldu

Gürcüstanda təxminən 9 il əvvəl iş adamı Beso Xardzianini öldürməkdə təqsirləndirilən və barəsində qiyabi həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı 38 yaşlı Fərid Qurbanov İstanbulda saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Laşa Tskvitariya mediaya açıqlamasında deyib.

O bildirib ki, F.Qurbanov Gürcüstana ekstradisiya ediləcək.

Məlumata görə, 2015-ci ilin 28 martında B.Xardziani evinin qarşısında silahdan açılan atəşlə ölümcül yara alıb. Araşdırmalardan sonra hadisəni Qurbanovun törətdiyi məlum olub. Belə ki, Qurbanov bu əməli törədərkən tək olmayıb, ona bu işdə Rusiya vətəndaşı Oleq Doyev də kömək edib.

2017-ci ilin sentyabrında Tiflis Şəhər Məhkəməsi hər ikisini 19 il müddətinə azadlıqdan məhrum edib, lakin prokurorluq hökmdən apellyasiya məhkəməsinə şikayət edib. 2018-ci ilin martında apellyasiya məhkəməsi Qurbanovu qiyabi olaraq qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, O.Doyevin cəzası isə dəyişməz qalıb.

Hazırda O.Doyev beynəlxalq axtarışdadır./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026