Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Suriyada fəaliyyətini bərpa edib.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə TİKA prezidenti Sərxan Kayalar açıqlama verib.
O, TİKA-nın 1995-2011-ci illərdə Suriyanın müxtəlif şəhərlərində 150-yə yaxın layihə həyata keçirdiyini bildirərək, ölkədəki qarşıdurmalar səbəbindən 2011-ci ilin noyabrında fəaliyyətini dayandırdığını bildirib.
"TİKA ölkənin şimalında təhlükəsiz vəziyyətə gətirilən bölgələrdə yaşayan suriyalıların ehtiyaclarını qarşılamaq üçün bir çox inkişaf və humanitar yardım layihələrini həyata keçirilib. Bu layihələrə avadanlıq tədarükündən peşə təhsili kurslarına, müxtəlif sahələrdə istehsalat emalatxanaları və laboratoriyaların qurulmasından səhiyyə və təhsilə kimi bir çox sahələr daxil olub. Suriyanın müxtəlif bölgələrində əvvəlki dövrlərdə əldə etdiyimiz sahə təcrübəsini bu gün daha geniş bir sahədə paylaşacağıq", - deyə Kayalar qeyd edib.
Gülşən Şərif