• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tikintiyə icazə verilməsi qaydası dəyişdi

CƏMİYYƏT

05 Iyun 2023 | 19:23 | Müəllif: Subhan Mahmudov

Tikintiyə icazə verilməsi qaydası dəyişdi

Prezident İlham Əliyev 2010-cu il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişikliklər edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident bununla bağlı yeni Fərman imzalayıb.

Dəyişikliyə görə, “3.2-1. tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2. 3.3-cü bəndin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026