Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu sərbəst buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib.
*** 13:00
Bu gün Nazirlər Kabinetinin qarşısında quru sərhədlərin açılması tələbi ilə aksiya təşkil edən müxalifət fəalı – Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə məlumat yayıb.
Nigar Həzi aksiyada bir sıra digər müxalifət fəallarının da saxlanıldığını bildirib.
















