• Bakı 31° C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Tofiq Zülfüqarov: “Vaşinqton görüşü öncəsi yayılan məlumatlar təbliğat xarakteri daşıyır”

SİYASƏT

08 Avqust 2025 | 11:11

Tofiq Zülfüqarov: “Vaşinqton görüşü öncəsi yayılan məlumatlar təbliğat xarakteri daşıyır”

Bu gün Vaşinqtonda keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində proseslə bağlı mətbuata sızan məlumatlar əsasən erməni mənbələrinə istinad edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov açıqlama verib.

Onun sözlərinə görə, yayılan məlumatlar əksər hallarda qarşı tərəfin mövqeyini təbliğ etmək məqsədi daşıyır:

“Sızmalar mövcuddur. Əksəri erməni mənbələridir. Onlar əksərən öz fikirlərini yeritməyə çalışırlar. Təbliğatlar mövcuddur. Onların mövqeyi şişirdilir".

Zülfüqarov hesab edir ki, hazırkı mərhələdə bu məlumatların şərh olunması düzgün deyil:

“İndiki mərhələdə bu mövqelər şərh edilməməlidir. Biz tərəfdən mövqe yoxdur. Mən keçmiş nazir olsam da, məndən mövqe gözlənilir. Sızıntı məlumatlarla prosesləri şərh etmək etik deyil".

Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “tarixi sülh sammiti”nin keçirilməsi planlaşdırılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Avqust 2025