• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

CƏMİYYƏT

09 Dekabr 2021 | 14:42 | Müəllif: Qalib İbrahimoğlu

Tovuz çayı üzərində körpü inşa edilir - FOTO

Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, körpünün uzunluğu 290,42 metr, çay məcrasından hərəkət hissəsinə qədər qabarit isə 36 metr, körpünün öz qabariti isə 14,4 metr təşkil edir. Sayı 2x44,4 metr, 3x63 metr olmaqla körpü beş aşrımlı olacaq.

Körpüdə iki hərəkət hissə, sağ və sol tərəfdə mühafizə zolağı və hər iki tərəfdə piyada yolunun olması nəzərdə tutulub.

Tovuz çay körpüsü M2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində inşa edilir.

Tovuz çay körpüsü ilə yanaşı layihə çərçivəsində 27 metrdən 290 metrə qədər uzunluqlara malik 41 körpünün (yol qovşağı, yol ötürücüsü, körpü) inşası davam etdirilir.


Tovuz çayı üzərində körpü inşa edilir - FOTOTovuz çayı üzərində körpü inşa edilir - FOTOTovuz çayı üzərində körpü inşa edilir - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026