• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tovuzda ağır qəza: Üç nəfər yaralandı

HADİSƏ

11 Aprel 2021 | 00:55

Tovuzda ağır qəza: Üç nəfər yaralandı

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

VAZ markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıblar.

Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026