• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tovuzda DƏHŞƏT: İki nəfər evdə yanaraq ÖLDÜ

HADİSƏ

25 Iyul 2022 | 09:00

Tovuzda DƏHŞƏT: İki nəfər evdə yanaraq ÖLDÜ

Tovuzda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026