ABŞ Prezidenti Donald Tramp tramvayda vəhşicəsinə qətlə yetirilən 23 yaşlı ukraynalı İrina Zaruçukun qatilinə edam cəzası verilməsini tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“Ukraynadan Amerikaya sülh və əmin-amanlıq dalınca gələn gözəl gənc xanımı belə zorakılıqla öldürən heyvan tez (şübhə yoxdur!) mühakimə olunmalı və yalnız edam cəzasına layiq görülməlidir. Başqa variant ola bilməz!!!”, – Tramp bildirib.
Qeyd edək ki, Şimali Karolina ştatının Şarlotta şəhərində 23 yaşlı İrina Zaruçuk tramvayda bıçaqlı hücuma məruz qalaraq həyatını itirib.