• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampdan iddia: Harris süni intellektdən istifadə edərək tərəfdar kütləsi yaradıb

DÜNYA

12 Avqust 2024 | 15:48

Trampdan iddia: Harris süni intellektdən istifadə edərək tərəfdar kütləsi yaradıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kəmalə Harrisi saxta xəbərlər yaratmaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri o, “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Tramp Harrisi süni intellektdən istifadə edərək tərəfdar kütləsi yaratmaqda ittiham edib.

Belə ki, Tramp Harrisin fotosundakı izdihamın təyyarənin gövdəsinin hamar səthinə əks olunmadığına diqqət çəkib.

Onun fikrincə, bu, onun rəqibinin fotoşəkillər yaradarkən süni intellektdən istifadə etdiyini göstərir.

“Harrisin hava limanı ilə hamını necə aldatdığını kimsə fərq etdimi? O, süni intellektdən istifadə etdi və "tərəfdarları" adlandırılan böyük bir "izdihamı" göstərdi, lakin onlar reallıqda yoxdur!"

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026