• Bakı 16° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

TÜİB Katibliyi Echo Global şirkətini ziyarət etdi

SİYASƏT

08 Oktyabr 2026 | 11:12 | Müəllif: Zeynəb Rzayeva

TÜİB Katibliyi Echo Global şirkətini ziyarət etdi

TÜİB Katibliyi beynəlxalq sərgilərin təşkili, işgüzar missiyaların həyata keçirilməsi və investisiya təşəbbüslərinin inkişafı istiqamətində fəaliyyət göstərən Echo Global şirkətini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı TÜİB və Echo Global arasında mümkün əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, biznes və investisiya əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Görüşün əsas müzakirə mövzularından biri isə TÜİB-in tərəfdaşlıq etdiyi Turkchem Azərbaycan sərgisi olub. Sərginin inkişaf perspektivləri, biznes dairələrinin iştirakı, şirkətlər arasında yeni əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR