• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“TURAZ Şahini – 2021” təlimlərində ətrafı tanıma uçuşları keçirilib

CƏMİYYƏT

03 Sentyabr 2021 | 19:21 | Müəllif: Subhan Mahmudov

“TURAZ Şahini – 2021” təlimlərində ətrafı tanıma uçuşları keçirilib

“TURAZ Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR