• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Türkiyə ilə  niyyət protokolu imzalandı

CƏMİYYƏT

27 Oktyabr 2023 | 15:47

Türkiyə ilə niyyət protokolu imzalandı

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi yanında Mədən və Neft İşləri Baş İdarəsi arasında niyyət protokolu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənəd iki ölkənin geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

İmzalanma mərasimi Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində baş tutub. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Ötən gün başlamış forumun işinə bu gün yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026