• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə ordusu terrorçuların sığınacaqları məhv etdi

HADİSƏ

14 Mart 2021 | 18:07

Türkiyə ordusu terrorçuların sığınacaqları məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin ölkənin şərqində yerləşən Tunceli vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus 5 sığınacaq məhv edilib.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Eren-7 Mercan Munzur" əməliyyatı Xozat rayonunun yaxınlığında aparılıb. Nəticədə beş terrorçu sığınacağı aşkar edilərək dağıdılıb.

Sığınacaqlarda axtarış zamanı bir çox qida məhsulları və yaşayış üçün lazım olan digər vasitələr aşkarlanıb. Bölgədə terrorla mübarizə əməliyyatı davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026