• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Yunanıstana nota verdi

SİYASƏT

13 Iyul 2021 | 21:55

Türkiyə Yunanıstana nota verdi

Yunanıstanın Ankaradakı səfiri Mixail Xristos Diamesis Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yunan səlahiyyətlilərinin “Olimpiakos” ilə hazırlıq matçı üçün Afinaya yola düşən “Qalatasaray” klubunun üzvlərinə qarşı şəhər aeroportunda sərt rəftar Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub.

Səfirə təqdim edilən etiraz notasında bu davranışın idman qaydalarına zidd və dostluqdan uzaq olduğu bildirilib.

Həmçinin, gələcəkdə analoji halların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi tələb edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026