• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə 90 milyon dozadan çox vaksin vurulub

DÜNYA

24 Avqust 2021 | 18:31 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 90 milyon dozadan çox vaksin vurulub

Türkiyədə bu günədək koronavirus əleyhinə 90 milyon dozadan çox vaksin vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ümumilikdə, Türkiyədə birinci doza ilə peyvəndlənənlərin sayı 46,6 milyon nəfəri, iki doza ilə peyvəndlənənlərin sayı 35,6 milyon nəfəri keçib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə 15,5 milyon nəfərin peyvənd olunmadığını bildirərək, dərs ilinin başlayacağı sentyabrın 6-dək əhalini vaksin olunmağa çağırıb.

Qeyd edək ki, bu günədək Türkiyədə 6,2 milyondan çox şəxs koronavirusa yoluxub, 54 765 nəfər vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026