Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Lavrov görüşdən əvvəl jurnalistlərlə zarafat edərək "Uşaqlar, şansınızı zorlamayın, Rusiya NATO-ya qoşulmayacaq" deyib.
Lavrovun bu sözlərindən sonra, NATO baş katibi Stoltenberqin gülüşü də kameralara əks olunub.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Rusiya ilə NATO arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.
















