• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Türkiyədə "Azərbaycan məhəlləsi" istifadəyə verildi

SİYASƏT

12 Noyabr 2025 | 14:18

Türkiyədə Azərbaycan məhəlləsi istifadəyə verildi

Türkiyənin Kahramanmaraş bölgəsində 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə başlayan tikinti işləri başa çatıb.

Bakıvaxtı.az "İhlas" agentliyinə istinadən xəbər verir ki, bölgədə həyata keçirilən "Azərbaycan məhəlləsi" layihəsi üzrə işlər yekunlaşıb.

Məlumata görə, Onikişubat rayonunun Hayrullah və Şazibey məhəllələrinin kəsişməsində 320 hektar ərazidə inşa edilən massiv 1 323 yaşayış və 799 iş yerindən ibarətdir.

Ərazidə Heydər Əliyev adına məktəb və müasir mədəniyyət evi də tikilib.

Xəbərdə yerli sakinlərin Azərbaycan dövlətinin tikdiyi massivi çox bəyəndikləri də vurğulanır.

Zəlzələdən sağ çıxan və yeni massivdə yaşayacaq Oğuz Ergüzel bildirib: "Azərbaycan dövlətinə təşəkkür edirik, onlara minnətdarıq".


SON XƏBƏRLƏR