Xəbər verdiyimiz kimi, Kütahyanın Emet bölgəsində meşəlik ərazidə yanğın baş verib.
Bakıvaxtı.az "Gaber Global"a istinadla xəbər verir ki, 200 hektarlıq ərazidə baş verən yanğında 20 ev təxliyə edilib. Söndürülməsi mümkün olmayan yanğında 8 ev külə dönüb.
Yanğın baş verən ərazidə yerləşən Küreci kəndində sakinlər ehtiyat tədbiri olaraq evlərini tərk ediblər.
Yanğın bölgəsində jurnalistlərə açıqlama verən Kütahya valisi Əli Çelik bildirib ki, hadisə baş verən an rayona 5 helikopter, 2 təyyarə, 38 suçiləyici göndərilib: "Əvvəlcə 400 nəfərlik komandamız var idi. İndi onların sayı 600-ə çatıb. Yanğın ümumilikdə 200 hektar sahəni əhatə edir. ”.
Bölgədə küləyin güclənəcəyi proqnozlaşdırılır. Bu isə yanğının qarşısını almaqda çətinlik yaradır.
Aytac Aslan
***
00:18
Türkiyənin Kütahya və Manisa bölgələrində meşə yanğınları baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Kütahyanın Emet rayonundakı meşə yanğını küləyin də təsiri ilə geniş əraziyə yayılıb. Manisanın Akhisar rayonunda otluq ərazidə başlayan yanğın isə tezliklə əkin sahələrinə və meşə ərazisinə keçib. Yaxınlıqdakı 20 ev boşaldılıb, 40 nəfər sakin təxliyə edilib.
Yanğınla mübarizəyə çox sayda texnika və yanğınsöndürmə briqaları cəlb olunub.
Qeyd edək ki, buna qədər Türkiyənin Muğla bölgəsində də yanğın baş verdiyi açıqlanmışdı.
Bakı 



